📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan Azərbaycana səfər edəcək

2025-04-26 00:14:23

Ərdoğan Azərbaycana səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn ay Azərbaycana gələcək.

Hurriyyet.Az xəbər verir ki, bu barədə “A Haber” məlumat yayıb.

Qeyd olunub ki, Türkiyə liderinin may ayı üçün nəzərdə tutulmuş proqramında Azərbaycana səfər də var.

Bundan başqa, Ərdoğan aprelin 29-da IV Hökumətlərarası Zirvə Görüşündə iştirak məqasədilə İtaliyaya gedəcək. Mayın 3-də Şimali Kipr Türk Respublikasında təşkil olunan TEKNOFEST-də iştirak edəcək. İyunda isə onun ABŞ-nin paytaxı Vaşinqtona gedəcəyi gözlənilir.