📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan: “Azərbaycana verdiyimiz güclü dəstək hər iki ölkənin qədərini dəyişdi” – VİDEO

2021-10-28 23:07:00

Ərdoğan: “Azərbaycana verdiyimiz güclü dəstək hər iki ölkənin qədərini dəyişdi” – VİDEO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 29 oktyabr Türkiyə Cümhuriyyətinin yaranması günü münasibətilə ölkə əhalisinə videomüraciət ünvanlayıb.

Xalqa müraciətində dövlət başçısı Qarabağ məsələsinə də toxunub.

“Bu müddət ərzində üsyançılarla qarşı-qarşıya qalan liviyalı qardaşlarımıza, Qarabağdakı işğala qarşı mübarizə aparan Azərbaycana verdiyimiz güclü dəstək hər iki ölkənin qədərini dəyişdi. Liviyada üsyançılar məğlubiyyətə uğrayarkən, azərbaycanlı qardaşlarımız 30 ilə yaxın işğalın ardından öz torpaqlarına qovuşdu”, -deyə Ərdoğan qeyd edib.

O, bildirib ki, heç bir xain hücumun Türkiyəni öz yolundan döndərməsinə izin verməyəcək. \\Ölkə.az