📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan: “Bayden oradan danışır, səfiri gör nə edir? Ayıbdır, başını işlət. Həddini bil” – VİDEO

2023-04-03 09:54:00

Ərdoğan: “Bayden oradan danışır, səfiri gör nə edir? Ayıbdır, başını işlət. Həddini bil” – VİDEO

Ərdoğan ABŞ səfirini boykot etdi: “Amerikaya bu seçkilərdə bir dərs verməyimiz gərəkdir! Bizim qapılar onun üzünə bağlandı!”

Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ABŞ-ın Ankaradakı səfiri Ceffri Fleyklə bir daha görüş keçirməyəcəyini bəyan edib. Bunun səbəbi Fleykin bu yaxınlarda CHP başçısı, ölkə prezidentliyinə namizədlərdən biri olan Kamal Kılıçdaroğlu ilə görüşməsidir.

Ərdoğan ABŞ səfirindən danışarkən deyib: “Gedib bəy Kamalı ziyarət edir. Ayıbdır, bir az başını işlət. Bizim qapılar onun üzünə bağlandı”.

Ərdoğan aprelin 2-də İstanbulda Bağcılar Ülkü Ocaklarını ziyarət edərkən deyib: “Amerikaya bu seçkilərdə bir dərs verməyimiz gərəkdir. Co Bayden oradan danışır. Baydenin buradakı səfiri nə edir? Gedir bəy Kamalı ziyarət edir. Ayıbdır, bir az başını işlət. Sən səfirsən. Sənin buradakı danışıqlarda tərəf müqabilin ölkə Prezidentidir.

Bundan sonra sən hansı üzlə Prezidentdən görüş istəyəcəksən? Bizim qapılar onun üzünə qapandı, bir daha görməyəcək. Niyə? Həddini bilməliydi. Səfir olaraq, vəzifəsini bilməliydi. Bir səfir necə işləməlidir, bunu öyrənməliydi. Bu qapı yoldan keçənlər üçün deyil, bunu öyrənmədiyin təqdirdə, bu qapıdan içəri girə bilməzsən. Onun üçün də inşaallah 14 maya yaxşı hazırlaşırıq, səy göstəririk. Rəbbimin də lütfü ilə, 6 milyondan artıq gəncimiz var. Bu gənclərimizin seçkilərdəki mövqeyi çox-çox mühümdür”.

Hürr Tərcüman