Ərdoğan Baydenin təklifini rədd etdi: “S-400 Türkiyənin öz mülkiyyətidir”
2022-03-25 13:37:00
Hurriyyet.az “Sabah” nəşrinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan NATO sammitindən sonra ölkəsinə dönərkən təyyarədə jurnalistlərin suallarına cavab verib. Amerikanın Türkiyənin Rusiyadan aldığı S-400 HHM sistemlərini Ukraynaya verməsi təklifi ilə bağlı sualın cavabında Ərdoğan belə deyib: “S-400 məsələsində əvvəldən bəri "bizim üçün bu söhbət bağlanıb" dediyimiz kimi, bu gün də eyni mövqedəyik. Bu məsələ bitmişdir. Bu sistemlər müdafiə sahəsində ölkəmizin öz mülkiyyətidir, vəssalam”.
Hürr Tərcüman