📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan: “BƏƏ ilə kosmosda əməkdaşlığa hazırıq”

2022-02-16 14:25:00

Ərdoğan: “BƏƏ ilə kosmosda əməkdaşlığa hazırıq”

Hurriyyet.az “Anadolu Agentliyi”nə istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Dubayda keçirilən “Ekspo-2020” sərgisində Birləşmiş Ərəb Əmirliklərinin gənc təmsilçiləri ilə görüşüb. O, Türkiyənin BƏƏ ilə bütün istiqamətlərdə, o cümlədən müasir texnologiyalar sahəsində əməkdaşlığa hazır olduğunu bildirib.

Dövlət başçısı Türkiyənin Milli Kosmik Proqramı çərçivəsində gələn il Aya Türkiyənin raket göndəriləcəyindən də danışıb: “Türkiyə Respublikasının yüz illik yubileyi münasibəti ilə yerli istehsal hibrid raketlə Aya sərt eniş ediləcək. Biz Əmirliklərin kosmik sahədəki uğurlarını, o cümlədən, BƏƏ-nin “Əl Amal” (“Ümid”) kosmik stansiyasının Marsın orbitinə çıxışını da diqqətlə izləyirik. Bu stansiya bir ildən artıqdır ki, Marsın orbitindədir və faktiki olaraq bizim ümumi ümidimizin təzahürüdür”.

Ərdoğan kosmik agentliklər arasındakı təcrübə mübadiləsinin həm Türkiyənin, həm də Əmirliklərin maraqlarına xidmət edəcəyini bildirib.

Hürr Tərcüman