📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan BƏƏ prezidentinə “Togg” avtomobilini göstərib - FOTO

2023-06-10 23:25:00

Ərdoğan BƏƏ prezidentinə “Togg” avtomobilini göstərib - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəyə işgüzar səfərə gələn Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyana “Togg” elektromobilini göstərib.

Tərəflər bağlı qapılar arxasında danışıqlar aparıblar.

Görüşdən sonra “Togg” avtomobilinin təqdimatı olub.

BƏƏ prezidenti avtomobilin sürücü oturacağına əyləşərək salona göz gəzdirib və Ərdoğandan maşının texniki xüsusiyyətlərini soruşub. \\Report