📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan BMT Baş Assambleyasında yeni kitabını təqdim edəcək

2021-09-17 16:22:00

Ərdoğan BMT Baş Assambleyasında yeni kitabını təqdim edəcək

Hurriyyet.az “Hürriyet” nəşrinə istinadən xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan ingilis, ərəb və fransız dillərinə tərcümə edilmiş “Daha ədalətli bir dünya mümkündür” ("A Fairer World Is Possible") kitabını BMT Baş Assambleyasında  görüşəcəyi ölkə başçılarına təqdim edəcək.

Ərdoğan BMT Baş Assambleyasının iclasında iştirak eləmək üçün 19 sentyabr tarixində ABŞ-ın Nyu-York şəhərinə səfər edəcək. 

Kitabda ədalətsizlik, qaçqınlar problemi, beynəlxalq terrorçuluq, islamofobiya başda olmaqla qlobal siyasətin problemlərindən bəhs edən Prezident Ərdoğan planetdəki ayrı-seçkiliyi və ikili standartları BMT nümunəsində göstərir, təşkilatda hərtərəfli islahatların aparılmalı olduğunu vurğulayır.

“Dünya beşdən böyükdür” sözləri zərb-məsələ çevrilən Ərdoğan kitabda Təhlükəsizlik Şurasının daimi üzvlərinin sayının 5 əvəzinə 20 olmasını təklif edib.