📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan BMT-yə çağırış etdi

2023-07-20 22:38:00

Ərdoğan BMT-yə çağırış etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan cümə axşamı BMT-ni Şimali Kipr Türk Respublikasını (ŞKTR) tanımağa çağırıb.

"Türkiyə Kiprə sülh və demokratiya gətirdi. Kiprli türklər gələcəyə daha böyük ümidlə baxırlar. Mən Birləşmiş Millətlər Təşkilatına tarixi çağırışımı təkrarlayıram: Adanın reallıqlarından üz döndərməyin və ŞKTR-ni mümkün qədər tez tanıyın.

Kipr türklərinin suveren hüquqları və beynəlxalq hüquq qarşısındakı bərabərliyi məsələsi həll olunmayana qədər yeni danışıqlar prosesi haqqında söhbət belə gedə bilməz”, - dövlət başçısı bölgəyə səfəri zamanı deyib.

 

Mənbə: Haber Global