Ərdoğan bu gün Daşkəndə səfər edəcək
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan bu gün Daşkəndə səfər edəcək, Özbəkistan Prezidenti Şevket Mirziyoyev ilə görüşəcək. Prezidentin Özbəkistan səfəri iki gün davam edəcək. Səfər çərçivəsində Ali Səviyyəli Əməkdaşlıq Şurasının II yığıncağı keçiriləcək, Türkiyə-Özbəkistan münasibətləri, Türk Dövlətləri Təşkilatının gələcəyi, Rusiya-Ukrayna müharibəsi, Əfqanıstandakı vəziyyət müzakirə ediləcək.
Türkiyə 2021-ci ildə Özbəkistanda ən çox (407 ədəd) şirkət quran ölkələrdən biri olub. 2022-ci ilin yanvar ayına olan məlumata görə, Özbəkistanda fəaliyyət göstərən Türkiyə sərmayəli şirkətlərin sayı 2 123 ədədə çatıb. Rusiya və Çindən sonra Türkiyə Özbəkistanda ən çox şirkət quran 3-cü ölkədir.
Türkiyə ilə Özbəkistan arasındakı ikitərəfli ticarətin həcminin bu il 5 milyard dollara çatması gözlənilir. Ötən il ərzində iki ölkə arasındakı qarşılıqlı ticarətin həcmi 70% artıb. Bu il də ən azı 50% artım proqnozlaşdırılır.
1991-ci il 31 avqust tarixində müstəqilliyini elan etmiş Özbəkistanı ilk tanıyan (16 dekabr 1991-ci il tarixində) ölkə Türkiyə olub. 1992-ci il martın 4-də iki ölkə arasında diplomatik münasibətlər qurulub.
Hürr Tərcüman