📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan BU TARİXDƏ Azərbaycana GƏLƏCƏK

2022-10-03 13:00:00

Ərdoğan BU TARİXDƏ Azərbaycana GƏLƏCƏK

İki həftə ərzində Zəngilan hava limanının açılışı ilə bağlı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Azərbaycana səfəri gözlənilir.

Hurriyyet.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.

O bildirib ki, hazırda Zəngilan Beynəlxalq Hava Limanının açılışı üçün hazırlıqlar tamamlanmaq üzrədir. Texniki uçuş sınaqları həyata keçirilir:

"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəngilan Beynəlxalq Hava Limanının açılışında iştirakı üçün səfəri isə iki həftə ərzində gözlənilir”.