📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan dağıdıcı zəlzələlərin ildönümü ilə əlaqədar xalqa müraciət edir

2026-02-06 17:12:14

Ərdoğan dağıdıcı zəlzələlərin ildönümü ilə əlaqədar xalqa müraciət edir

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 2023-cü ilin bu günü baş verən dağıdıcı zəlzələlərin ildönümü ilə əlaqədar Osmaniye şəhərində xalqa müraciət edir.

Oxu.Az-ın Türkiyəyə ezam olunmuş əməkdaşı xəbər verir ki, prezident çıxışında zəlzələlər zamanı həyatını itirən vətəndaşları ehtiramla yad edib, onların ailələrinə və yaxınlarına başsağlığı verib.

R.T.Ərdoğan bildirib ki, dövlət zəlzələdən zərər çəkən bölgələrin bərpası üçün bütün imkanlarını səfərbər edib və bu proses qətiyyətlə davam etdirilir.

Qeyd edək ki, zəlzələlərin ildönümü münasibətilə Osmaniye də daxil olmaqla bir sıra şəhərlərdə anım tədbirləri keçirilir.

Xatırladaq ki, 6 fevral 2023-cü ildə Türkiyənin 11 bölgəsində baş vermiş güclü zəlzələlər nəticəsində on minlərlə insan həyatını itirib, yaralanıb, minlərlə bina dağılıb.