📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan Əliyevə zəng edib - Yenilənib

2026-09-28 10:01:11

Ərdoğan Əliyevə zəng edib - Yenilənib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 27 Sentyabr – Anım Günü ilə bağlı Azərbaycan dövlət başçısı İlham Əliyevə zəng edib.

Hurriyyet.media  xəbər verir ki, bu barədə məlumatı “Anadolu” agentliyi yayıb.

Bildirilib ki, Türkiyə lideri telefon danışığı zamanı Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla yad edib.

***

Azərbaycan Prezidentinin Mətbuat xidməti də telefon danışığı ilə bağlı məlumat yayıb.

Qeyd edilib ki, sentyabrın 27-si axşam radələrində Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib.

Türkiyə Prezidenti Azərbaycanda Anım Günü ilə əlaqədar şəhidlərin xatirəsini ehtiramla yad etdiyini bildirib.

Dövlət başçısı telefon zənginə görə Türkiyə Prezidentinə təşəkkür edib.