📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi

2026-10-21 22:07:20

Ərdoğan Əliyevi Türkiyədəki sammitə şəxsən dəvət etdi

Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan Prezident İlham Əliyevə zəng edib.

Hurriyyet.net  məlumatına görə, telefon danışığı zamanı dövlət başçıları Azərbaycan-Türkiyə ikitərəfli münasibətlərini, regional və qlobal məsələləri müzakirə ediblər.

Türkiyə Prezidenti Azərbaycanın dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümü münasibətilə təbriklərini bir daha çatdırıb və Prezident İlham Əliyevi Ankarada keçiriləcək Türk Dövlətləri Təşkilatının (TDT) 13-cü Zirvə Görüşünə dəvət edib.

Qeyd edək ki, TDT-nin 13-cü Zirvə Görüşü 29-30 oktyabr tarixlərində Türkiyənin paytaxtı Ankara şəhərində keçiriləcək.