Ərdoğan ərəb ölkələrinə səfər zamanı milyardlarla dollarlıq müqavilələr imzalayacaq
2023-07-17 12:58:00
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan iyulun 17-dən etibarən İran körfəzi ölkələrinə üçgünlük səfərə başlayır. Həmin səfər dövründə Prezidenti 200 nəfərə qədər Türkiyə biznesmeni müşayiət edəcək. Səfər zamanı 50 milyard dollardan artıq məbləğdə investisiya sazişlərinin imzalanması planlaşdırılır.
Ərdoğan Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanında səfərdə olacaq, bu ölkələrdə təşkil edilmiş işgüzar forumlarda iştirak edəcək. Türkiyənin Xarici İqtisadi Əlaqələr Şurasının başçısı Nail Olpak səfərdən əvvəl jurnalistlərə verdiyi açıqlamada tikinti, səhiyyə, energetika, nəqliyyat, maliyyə, turizm, kənd təsərrüfatı sahələrində müqavilələrin imzalanacağını xəbər verib.
Hürr Tərcüman