Ərdoğan: "Ermənilər xaricdən qəzəl oxuyanların köləliyindən xilas olmalıdırlar"
2024-05-30 15:51:38
Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan ermənilərə "xaricdən qəzəl oxuyanlara" uymamağı, diasporun köləliyindən azad olmağı məsləhət görüb.
Türkiyə Prezidenti bugünkü çıxışında deyib: "30 il sonra Qarabağın azadlığa qovuşması ilə birlikdə bölgəmizdə daimi sabitlik üçün həqiqətən tarixi bir fürsət pəncərəsi açılıb.
Bunu əldən verməməyin zəruri olduğunu düşünürük.
Ermənistan xarici qüvvələrin və diasporun əsarətindən nə qədər xilas ola bilsə, sülhə də bir o qədər yaxınlaşacaq. Erməni xalqı gələcəyinin xaricdən qəzəl oxuyanlarda, təhrik edənlərdə yox, əsrlərlə birgə yaşadığı və yaşayacağı qonşularında olduğunu görməli, anlamalı və bunun üçün lazım gələn addımları cəsarətlə atmalıdır".
Hürr Tərcüman