📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan: "Ermənistan əsassız tarixi rəvayətlərlə yox, zamanın reallıqları ilə hərəkət eləməlidir"

2024-04-23 14:15:58

Ərdoğan:

Hurriyyet.az TRT kanalına istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Ermənistan rəhbərliyini Türkiyə ilə münasibətlərin normallaşdırılması üçün mövcud reallıqlara istiqamətlənməyə çağırıb.
Prezident Ərdoğan İraq səfərindən qayıdarkən onu müşayiət edən jurnalistlərə açıqlamasında deyib: "Hazırda regionda yeni düzən qurulur. Əsassız əzbərləri bir kənara atmaq vaxtı gəlib və keçir. Zamanın reallıqları ilə hərəkət eləmək həmişə reallıqla bağlı olmayan tarixi rəvayətlərlə hərəkət eləməkdən daha yaxşıdır. Hazırda bunu Paşinyan da başa düşür. Tarixi prosesdə nələrin olduğunu ilk nəvbədə tarixçilər müzakirə edir. Bu məsələdə lap əvvəldən bəri çox açıq davrandıq və arxivlərimizi aça biləcəyimizi söylədik və açdıq. İndi realist bir zəmində yol xəritələrini hazırlamaq vaxtıdır. Ümid edirəm ki. Ermənistan diasporanın onu əsiri elədiyi qaranlıqdan xilas olub, aydınlıq səhərlər üçün yeni başlanğıclar yolunu seçər. Fürsət qapıları əbədi açıq qalmaz. Onu açıq qaldığı müddət daxilində yaxşı qiymətləndirmək lazımdır. Sadəcə diaspora deyil, bir çox təhrikçilər də bu prosesdə Ermənistanı sizlərin də şahidi olduğunuz kimi, təsiri altına salmağa çalışır. Bunları görürük. Vaxtaşırı bizlər də xəbərdarlıqlarımızı elədik. Ümidvaram ki. Ermənistan düzgün yolu seçər və yeni bir dövr başlayar".
Hürr Tərcüman