📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan: “Ermənistan Zəngəzur dəhlizini açmasa, yol İrandan keçəcək”

2023-09-26 15:43:42

Ərdoğan: “Ermənistan Zəngəzur dəhlizini açmasa, yol İrandan keçəcək”

Hurriyyet.az TRT haber kanalına istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Azərbaycana səfərdən qayıdarkən təyyarədə jurnalistlərin suallarına cavab verib. Ərdoğan Qarabağda Azərbaycanın suverenliyi daxilində sülhün bərqərar olmasının vaxtının çatdığını deyib. Ərdoğan bildirib ki, Zəngəzur dəhlizinin açılması Türkiyə və Azərbaycan üçün çox vacib strateji məsələdir və bu dəhliz reallaşdırılmalıdır. O, Zəngəzur və Laçın dəhlizlərinin sülh yoluna çevrilməli olduğunu söyləyib.

Ərdoğan deyib: “Zəngəzur çox mühümdür. Dərhal bu dəhlizin açılması üçün əlimizdən gələn səyi əsirgəməyəcəyik. Ermənistan bu yolu açmasa, yol  İrandan keçəcək. Təmənnamız buraları sülh dəhlizinə çevirib açmaqdır”.

Hürr Tərcüman