📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan, Əsəd, Putin, Rəisi görüşünü kim yubandırır?

2023-04-25 09:10:00

Ərdoğan, Əsəd, Putin, Rəisi görüşünü kim yubandırır?

Hurriyyet.az xəbər verir ki, Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu Rusiya, İran, Suriya və Türkiyə prezidentlərinin mayın əvvəlində görüşə biləcəklərini bəyan edib. Nazir prezidentlərin görüşünün Ankara-Dəməşq münasibətlərinin normallaşdırılmasına həsr olunmasının planlaşdırıldığını söyləyib.

Çavuşoğlu 100 TV telekanalına müsahibəsində deyib: “Ölkədəki prezident seçkilərinə çox yaxın bir vaxtda – may ayında görüş keçirilməsi təklifləri olub. Mayın əvvəli üçün də təklif olub, lakin hələ razılaşdırılmayıb, çünki İran Prezidenti həmin vaxt Suriyaya səfərə çıxmağa hazırlaşır”.

Hürr Tərcüman