Ərdoğan əvvəl Putinlə, sonra Zelenski ilə danışıb
Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbətindən sonra Ukrayna Prezidenti Vladimir Zelenski ilə də telefonla danışıb.
Bu barədə məlumatı Zelenski öz “Tvitter” səhifəsində verib: “Prezident Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı taxıl dəhlizi barəsində razılaşmanın davam etməsini alqışladıq. #GrainFromUkraine (Ukraynadan taxıl – red.) təşəbbüsümüzü dəstəklədiyinə görə təşəkkür elədim. Bildirdim ki, Ukrayna ərzaq sabitliyinin təminatçısı olaraq qalacaqdır. Həmçinin, təhlükəsizlik və enerji əməkdalığını müzakirə etdik”.
Bundan əvvəl Ərdoğan Putinlə telefon danışığı apararaq taxıl dəhlizi və Kiyev ilə Moskva arasında diplomatik danışıqların zərurətini müzakirə edib. Ərdoğan Putinlə telefon danışığı zamanı bildirib ki, RF ilə Ukrayna arasında müharibənin uzanması riskləri artırır və buna görə də, diplomatik danışıqların yenidən başlanması vacibdir.
Hürr Tərcüman