Ərdoğan: "Fransızlardan niyə xoruzlandıqlarını soruşan varmı?"
Hurriyyet.az TRT Haber kanalına istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan UEFA-nın İntizam Komitəsinin Türkiyə millisinin futbolçusu Merih Demiralı iki oyunluq diskvalifikasiya etmək qərarını tənqid edib. Bəlli olduğu kimi, Demiral AVRO-2024-ün 1/8 finalında, Avstriya yığması ilə qarşılaşmada komandasına qələbə qazandıran dubla imza atıb, ikinci qolunun sevincini Bozqurd işarəsi ilə ifadə edib və buna görə cəzalandırılıb.
Astanada keçirilən ŞƏT sammitindən ölkəsinə qayıdan Prezident Ərdoğan təyyarədə jurnalistlərlə söhbətində deyib: "Kimsə almanların formalarında niyə qartal var deyirmi? Biri durub fransızların formasında xoruz var, niyə xoruzlanırsınız deyirmi? Orada Merih həyəcanını bu cür ifadə elədi. Bununla əlaqədar Xarici İşlər Nazirliyimiz onların səlahiyyətlilərini çağırdılar, lazımi addımlar atılır. İnşaallah, əsas məsələ şənbə günü meydandan qalibiyyətlə çıxıb daha üstün mərhələyə keçməyimizdir. Fövqəladə vəziyyət yaranmasa, oyuna getməyi qərara almışıq".
Hürr Tərcüman