📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan "Haber Global"a mükafat təqdim edib

2025-05-06 21:43:46

Ərdoğan

“Global Media Qrup”a daxil olan Türkiyənin “Haber Global” telekanalı X Anadolu Media mükafatlandırma mərasimində iki nominasiya üzrə qalib gəlib.

"Hurriyyet.Az" “Report”-a istinadla xəbər verir ki, telekanalın baş redaktoru Taha Dağlı və ilin idman proqramı seçilən “Kontran”ın şərhçisi Nihat Kahveci mükafata layiq görülüblər. Onlara mükafatı Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təqdim edib.

N.Kahveci qeyd edib ki, bu diplomata layiq görülmək sevindiricidir:

“Əsas məsələ bu mükafatl qoruduqdan sonra səviyyəni qoruya bilməkdir. Bunun üçün çalışacağam”.