📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan: “Hamının Putini təklədiyi bir zamanda...”

2023-01-16 10:45:00

Ərdoğan: “Hamının Putini təklədiyi bir zamanda...”

Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan dünən Muğlada gənclərlə görüşü zamanı Ankaranın Rusiya Prezidenti Vladimir Putin ilə münasibətlərini saxlamaqda və dəstəkləməkdə davam elədiyini söyləyib. Prezident Ərdoğan deyib: “Hamının Rusiyaya hücum elədiyi bir zamanda biz bunu etmədik. Əksinə biz əvvəlki kimi cənab Putinlə münasibətlərimizi davam etdiririk”.

Ərdoğan Putinin ehtiyacı olan ölkələrə pulsuz ərzaq göndərmək təklifindən danışaraq deyib: “Həmin taxıllı Türkiyədə üyüdüb hazır unu yoxsul ölkələrə göndərəcəyik”.

Hürr Tərcüman