Ərdoğan: “Həm Putin, həm də Zelenski ilə təmasdayıq”
2022-02-16 16:20:00
“Həm Rusiya Prezidenti Vladimir Putin, həm də Ukrayna Prezidenti Volodimir Zelenski ilə dialoq və təmasdayıq”.
Hurriyyet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan BƏƏ-dən səfərdən qayıdarkən jurnalistlərə müsahibəsində söyləyib.
“Bunun gərginliyin azaldılması üçün əhəmiyyətli imkan olduğunu düşünürəm”, - dövlət başçısı vurğulayıb.
O bildirib ki, Rusiya Prezidenti Vladimir Putinlə telefon diplomatiyası aparmaqla onun məsələlərə münasibəti öyrənəcək.