📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan Hindistan və ABŞ-yə səfər edəcək

2023-09-05 21:59:13

Ərdoğan Hindistan və ABŞ-yə səfər edəcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan növbəti həftə Hindistana səfər edəcək.

Dövlət başçısı bu ölkədə keçiriləcək Böyük İyirmilik (G20) ölkələri qrupunun toplantısına qatılacaq.

Ayın sonunda isə Türkiyə lideri ABŞ-yə yollanacaq. BMT Baş Assambleyasının iclasında iştirak edəcək R.T.Ərdoğan həmçinin ikitərəfli görüşlər keçirəcək.