Ərdoğan hökuməti topladı - İrəvanla əlaqə necə olacaq?
2023-06-14 17:45:00
Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə keçirilən hökumətin iclasında müzakirə olunan məsələlər açıqlanıb.
Hurriyyet.az xəbər verir ki, iclasda Suriya və Ermənistanla münasibətlərin normallaşması məsələsi, ABŞ-la münasibətlər, fevralın 6-da Kahramanmaraşda baş vermiş zəlzələnin nəticələrinin aradan qaldırılması və digər məsələlər müzakirə olunur.
İclasdan sonra Prezident Rəcəb Tayyib Ərdoğanın jurnalistlərin suallarını cavablandıracağı gözlənilir.
Hazırda iclas davam edir.