Ərdoğan ilə Tramp arasında telefon danışığı olub
2026-01-05 22:29:38
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı həmkarı Donald Trampla telefonla danışıb.
Bu barədə Türkiyə lideri Nazirlər Kabinetinin toplantısından sonra bildirib.
Ərdoğan Trampa Venesuelada qeyri-sabitliyin qəbuledilməz olduğunu vurğulayıb:
"Trampla telefon danışığında ölkəmizin həssas məsələləri ilə bağlı mövqeyimizi çatdırdıq. Venesuelanın qeyri-sabitliyə sürüklənməməli olduğunu vurğuladıq". \\Report