📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

“Ərdoğan ilk səfərini Berlinə etsin” – Almaniyadan dəvət

2023-05-30 09:55:00

“Ərdoğan ilk səfərini Berlinə etsin” – Almaniyadan dəvət

Hurriyyet.az Almaniyanın “Döyçe Velle” nəşrinə istinadla xəbər verir ki, Almaniyanın Baş naziri Olaf Şolts Türkiyə Prezidenti R.T.Ərdoğanla telefonla danışıb, onu yenidən bu vəzifəyə seçilməsi münasibətilə təbrik edib və Berlinə rəsmi səfərə dəvət edib.

Xəbərdə deyilir: “Şərqi Aralıq dənizindəki müsbət irəliləyişlər, NATO ilə bağlı veriləcək qərarlar və Türkiyə ilə Avropa İttifaqı arasındakı münaibətlərlə bağlı iki liderin müzakirə edəcəyi məsələlər var. Bu məqsədlə Almaniya kansleri yenidən Türkiyə Prezidenti seçilmiş R.T.Ərdoğanın ilk səfərini etməsi üçün onu Berlinə dəvət edib”.

Hürr Tərcüman