📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan İlon Maskla görüşdü - Fotolar

2023-09-18 09:47:41

Ərdoğan İlon Maskla görüşdü - Fotolar

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan amerikalı milyarder İlon Maskla görüşüb.

Hurriyyet.az xəbər verir ki, görüş Nyu-Yorkda fəaliyyət göstərən "Türk Evi"ndə baş tutub.

Məlumata görə, görüş zamanı Ərdoğan İlon Maskı “Tesla” şirkətinin 7-ci zavodunu Türkiyədə yaratması üçün çağırış edib. 

Bununla yanaşı, Türkiyə lideri Maskı İzmir şəhərində keçiriləcək “Teknofest”ə də dəvət edib. 
Görüş ümumilikdə mətbuata qapalı keçirilib. 

Milyarder Ərdoğanla görüşə oğlu ilə birlikdə gəlib. Ərdoğan Maskın oğluna futbol topu hədiyyə edib.



qafqazinfo.az