📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan İsrail Prezidenti ilə danışdı

2022-08-19 15:21:00

Ərdoğan İsrail Prezidenti ilə danışdı

Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan İsrail Prezidenti İshak Hersoq ilə telefonla danışıb.

Bu barədə məlumatı Türkiyə Prezidenti Administrasiyasının mətbuat xidməti verib.

Dialoq zamanı tərəflər ikitərəfli münasibətləri və regional məsələləri müzakirə ediblər. Hər iki ölkəyə səfirlərin təyin edilməsi məsələsindən də danışılıb. Türkiyə lideri diplomatik münasibətlərin bərpa edilməsini ölkələr arasındakı münasibətlərin müsbət inkişafı yolunda mühüm addım adlandırıb.

Açıqlamada deyilir: “Prezident Ərdoğan bəyan edib ki, səfirlərin təyin edilməsi iki ölkə arasındakı münasibətlərə yeni impuls verəcəkdir”.

Hürr Tərcüman