📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan İsveçin Baş nazirinin istəyindən danışdı: “Dedim ki, görüş təyin edin, gəlsin”

2022-10-21 15:26:00

Ərdoğan İsveçin Baş nazirinin istəyindən danışdı: “Dedim ki, görüş təyin edin, gəlsin”

Hurriyyet.az xəbər verir ki, terroru dəstəklədiyi üçün NATO üzvü olmasına Türkiyə tərəfindən veto qoyulmuş İsveç dövlətinin yeni Baş naziri Ulf Kristersson “Türkiyənin təhlükəsizlik narahatlıqlarını dəf eləmək üçün səylərini artıracaqlarını və ən qısa zaman ərzində Ankaraya səfər eləməyə hazır olduğunu” bəyan edib.

Türkiyə Prezidenti R.T.Ərdoğan bu gün jurnalistlərin suallarına cavab verərkən bu məsələyə də toxunub.

Ərdoğan İsveçin Baş nazirinin onunla görüşmək isstəyindən danışarkən deyib: "Dostlarımıza dedim ki, görüş təyin edin, gəlsin. Ölkəmizdə onunla bu məsələləri müzakirə edəcəyik. Yeni baş nazir terrorla və terrorçularla mübarizənin tərəfdarıdır. Əlbəttə ki, keçirəcəyimiz görüşlə onların bu məsələdəki səmimiyyətini sınayacağıq. Bu, həm onların,  həm də  bəşəriyyətin xeyrinə olacaq. Bizim mövqeyimiz dəyişməz. Çünki biz terrorla mübarizədə barışmazıq və heç bir güzəştə getmək fikrimiz yoxdur”.

Hürr Tərcüman