📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan İtaliyaya getdi

2025-04-29 13:24:12

Ərdoğan İtaliyaya getdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İtaliyaya səfərə yollanıb. 

Hurriyyet.az “TRT Haber”ə istinadən xəbər verir ki, Ərdoğan 1 günlük səfər çərçivəsində Romada Türkiyə-İtaliya Hökumətlərarası Zirvə Görüşündə iştirak edəcək.

Bununla yanaşı, Türkiyə lideri İtaliyanın Baş naziri Ciorcia Meloni ilə görüşəcək və tərəflərin iki ölkə arasındakı münasibətlərlə yanaşı, regional və beynəlxalq məsələləri müzakirə edəcəyi gözlənilir.