📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan: "Konstitusiya dəyişdirilməlidir"

2024-05-27 15:27:02

Ərdoğan:

Hurriyyet.az TRT Haber telekanalına istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 1980-ci il hərbi çevrilişindən sonra qəbul edilmiş hazırkı konstitusiyanın yerinə yeni konstitusiyanın qəbul edilməsinin zəruri olduğunu bəyan edib.
“Bu ölkədə çevrilişlər və memorandumlar dövrü arxada qalıb. ... Mövcud konstitusiya siyasətə inamı sarsıdır, Türkiyə onunla irəli gedə bilməz”.
Prezident Ərdoğan yeni konstitusiyanın qəbul edilməsi təşəbbüsünü İstanbul yaxınlığında, Mərmərə dənizində yerləşən  Demokratiya və Azadlıq adasında” bir daha səsləndirib. Keçmiş Baş nazir Adnan Menderes ilə onun qurduğu hökumətin iki nazirinin 1961-ci ildə hərbi çevrilişdən sonra həmin adada edam edilmişdilər.
Mayın 27-də Türkiyədə həmin çevrilişin ildönümü xatırlanır. “Nəinki 64 ildən sonra, hətta əsrlər sonra sui-qəsdçiləri unutmayacağıq və bağışlamayacağıq”, - deyə Ərdoğan bildirib.
Hürr Tərcüman