📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan Mahmud Abbasla görüşdü

2024-08-14 21:48:28

Ərdoğan Mahmud Abbasla görüşdü

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fələstinli həmkarı Mahmud Abbasla görüşüb.

Görüş Ankarada baş tutub.

Qeyd edək ki, M.Abbas Türkiyə Böyük Millət Məclisinin Baş Assambleyasında çıxış etmək üçün Ankaraya səfər edib.

Xatırladaq ki, Fələstin liderinin bir neçə gün öncə Rusiya Prezidenti Vladimir Putinlə görüşü baş tutmuşdu. Tərəflər bir sıra regional məsələləri müzakirə etmişdilər.  \\Qafqazinfo