Ərdoğan Mahmud Abbasla telefonla danışdı
2024-04-12 17:30:25
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Fələstin Prezidenti Mahmud Abbasla telefonla danışıb.
Hurriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası məlumat yayıb.
Prezident Ərdoğan Abbasa nə olursa olsun İsrailin Qəzzaya qarşı vəhşi hücumlarına qarşı dik durmağa davam edəcəklərini bildirib və: “İsrail bu zülmün əvəzini mütləq ödəyəcək”, - deyib.
Ərdoğan telefon danışığı zamanı BMT Təhlükəsizlik Şurasının qərarı da daxil olmaqla, atəşkəs üçün bütün vasitələri səfərbər etməli olduqlarını əlavə edib:
“Biz İsrailə qarşı möhkəm və bir şəkildə mübarizə aparmalıyıq”.
yeniavaz.com