📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan: Menendezin istefası şansımızı artırır

2023-09-27 12:35:18

Ərdoğan: Menendezin istefası şansımızı artırır

Senator Bob Menendezin Senatın Xarici Əlaqələr Komitəsinin sədri vəzifəsindən istefa verməsindən sonra Türkiyənin F-16 qırıcı təyyarələri almaq şansı artıb.

Hurriyyet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

“F-16 ilə bağlı ən vacib məsələlərdən biri ABŞ senatoru Bob Menendezin ölkəmizə qarşı fəaliyyəti idi. Menendezin getməsi bizə üstünlük verir, lakin F-16 təkcə Menendezdən asılı olan məsələ deyil”, - o bildirib.

Qeyd edək ki, ermənipərəst senator Menendez Türkiyəyə qırıcı təyyarələrin satışının açıq əleyhdarı idi. O, rüşvət ittihamına görə vəzifəsindən müvəqqəti istefa verib./Axar.az/