📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan meydan oxudu: Dünyada bir nömrə olacağıq

2021-09-13 20:14:00

Ərdoğan meydan oxudu: Dünyada bir nömrə olacağıq

“AKINCI ilə təkmilləşdirdiyimiz PUA donanmamızı pilotsuz döyüş təyyarə sistemimizin tətbiqi ilə dünyanın bir nömrəlisi edəcəyik”.

 

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şişecam Polatlı fabrikinin yeni istehsal xəttinin açılış tədbirində bildirib.


Onun sözlərinə görə, təxminən 12 min adamın işlədiyi Şişecamın bazarda payı 86 ildir ki, durmadan artır.

Rəcəb Tayyib Ərdoğan əlavə edib ki, Türkiyə müdafiə sənayesi xarici məhsullardan asılılığı 80 faiz azaldıb. \\Kanal.az