📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan Naxçıvana dron hücumunu pisləyib

2026-03-05 21:54:20

Ərdoğan Naxçıvana dron hücumunu pisləyib

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İranın Naxçıvan Muxtar Respublikasına dron hücumunu qınadıqlarını bildirib.

APA-nın Türkiyə bürosu xəbər verir ki, Ərdoğan bu barədə açıqlamasında deyib.

“İlham qardaşıma Naxçıvan Muxtar Respublikasını hədəf alan bugünkü hücumdan böyük üzüntü duyduğumuzu və bu hücumu qınadığımızı bildirdim”, – deyə Türkiyə Prezidenti qeyd edib.

Ərdoğan vurğulayıb ki, regionda daha çox qan tökülməməsi, günahsız insanların həyatını itirməməsi və gərginliyin geri dönülməz həddə çatmaması üçün çoxşaxəli diplomatik fəaliyyət davam etdirilir.