📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan Naxçıvanda: Əliyev şəxsən qarşıladı - Video

2023-09-25 14:47:33

Ərdoğan Naxçıvanda: Əliyev şəxsən qarşıladı - Video

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Naxçıvana yola düşüb.

Hurriyyet.az xəbər verir ki, dövlət başçısını hava limanından rəsmi şəxslər yola salıblar.

Səfər Azərbaycan Prezidenti İlham Əliyevin dəvəti ilə həyata keçirilir.

Məlumata görə, dövlət başçıları İğdır-Naxçıvan Təbii Qaz Kəmərinin təməlqoyma mərasimində iştirak edəcək və modernləşdirilmiş Naxçıvan Hərbi Kompleksinin açılışını edəcəklər.

Bundan başqa, Azərbaycan və Türkiyə liderləri Qarabağda lokal antiterror tədbirlərindən sonra erməni separatçılarının tərksilah prosesini və Zəngəzur dəhlizinin açılması məsələsini müzakirə edəcəklər.

Dövlət başçılarının, həmçinin digər regional və ikitərəfli məsələlər barədə fikir mübadiləsi aparacaqları gözlənilir.

***

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Naxçıvana səfəri başlayıb.

Dövlət başçısının təyyarəsi Naxçıvan hava limanına enib.

***

Prezident İlham Əliyev Ərdoğanı Naxçıvanda şəxsən qarşılayıb./axar.az/