📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan Nazirlər Kabinetini toplayır: Ukrayna müzakirəsi

2025-11-03 11:06:58

Ərdoğan Nazirlər Kabinetini toplayır: Ukrayna müzakirəsi

Ukrayna münaqişəsi bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə Nazirlər Kabinetinin iclasında müzakirə olunacaq.

Hurriyyet.az xəbər verir ki, bu barədə “RİA Novosti”yə Türkiyə Prezident Administrasiyasındakı mənbə deyib.

“Ukraynadakı münaqişənin həlli məsələsi daim cənab prezidentin diqqət mərkəzindədir. Mövcud vəziyyət və İstanbul danışıqlarının bərpası ilə bağlı təşəbbüslər bugünkü Nazirlər Kabinetinin iclasında müzakirə olunacaq”, - o bildirib.