Ərdoğan Nazirlər Kabinetinin iclasını yarımçıq dayandırdı - SƏBƏBİ...
2023-10-10 01:15:22
Rəcəb Tayyib Ərdoğan Fələstin prezidenti Abbasla telefonla danışmaq üçün Nazirlər Kabinetinin iclasına fasilə verib.
Hurriyyet.Az 32gun.Az-a istinadla xəbər verir ki, bu barədə Türkiyə KİV-ləri məlumat yayıb.
Məlumata əsasən telefon danışığında İsrail və Fələstində baş verən hadisələr, eyni zamanda bölgədəki gərginliklə bağlı son irəliləyişlər müzakirə edilib. Ərdoğan bəyan edib ki, Türkiyə bölgədəki münaqişələrin tez bir zamanda sona çatması və sakitliyin təmin olunması üçün hər cür səy göstərir.