Ərdoğan Pakistana dəvət olundu
2023-06-05 19:10:00
Hurriyyet.az “Yeni akit” nəşrinə istinadla xəbər verir ki, Pakistanın Baş naziri Şahbaz Şərif Türkiyə Prezidenti R.T.Ərdoğanı Pakistanın paytaxtı İslamabad şəhərində keçirilməsi planlaşdırılan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının 7-ci iclasına dəvət edib.
Şahbaz Şərif R.T.Ərdoğanın yenidən prezident seçilməsi ilə bağlı tədbirdəki çıxışı zamanı Türkiyənin onun rəhbərliyi altında son 20 ildə əldə elədiyi nailiyyətləri xatırladaraq, prezidenti təbrik edib.
Hürr Tərcüman