📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan Paşinyan ilə görüşdən sonra açıqlama verdi

2022-10-06 23:04:00

Ərdoğan Paşinyan ilə görüşdən sonra açıqlama verdi

Hurriyyet.az xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan Ermənistanla münasibətlərin tamamilə normallaşacağına inandığını bildirib. Ərdoğan bu açıqlamanı Ermənistanın Baş naziri Nikol Paşinyan ilə görüşdən sonra verib.

Ərdoğan deyib: “Regionumuzda dinc qonşuluq münasibətləri əsasında tam normallaşma hədəfimizə çata biləcəyimizə ürəkdən inanıram”.

Xatırladaq ki, Türkiyə ilə Ermənistan dövlətlərinin rəhbərləri son 13 ildə ilk dəfə görüşürlər. 2009-cu ildə Serj Sarkisyan ilə Abdulla Gül görüşmüşdülər.

Hürr Tərcüman