📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan Paşinyanın Türkiyəyə səfərindən danışdı

2023-06-14 15:26:00

Ərdoğan Paşinyanın Türkiyəyə səfərindən danışdı

“Ermənistanın Baş naziri Nikol Paşinyan ölkəsində bir çox maneələri, müxalif anlayışları aşaraq dəvətimizi qəbul etdi”.

Hurriyyet.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycana səfərinə dair jurnalistlərə verdiyi açıqlamasında deyib.

O, Paşinyanın andiçmə mərasimində iştirak etmək üçün Türkiyəyə səfərlə bağlı dəvəti qəbul etməsini önəmli addım adlandırıb: “Bu tədbirdə Paşinyanla ancaq ayaqüstü söhbət apara bildik. Onun Qarabağ da daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü tanıya biləcəkləri ilə bağlı açıqlamaları da mühümdür. Lakin Ermənistanda Paşinyana qarşı mövqe də önəmlidir. Paşinyan indiyə qədər bu mövzuda geri addım atmayıb”. 

Xatırladaq ki, N.Paşinyan iyunun 3-ü Türkiyədə yenidən Prezident seçilən Rəcəb Tayyib Ərdoğanın andiçmə mərasimində iştirak etmək üçün Ankarada səfərdə olub. (qafqazinfo)