Ərdoğan: “Paşinyanla görüşümüz ola bilər”
2022-10-01 17:04:00
Hurriyyet.az “Vestnik Kavkaza” portalına istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün ölkə parlamentindəki çıxışı zamanı Ermənistanın Baş naziri Nikol Paşinyanla görüşünün mümkün olduğunu söyləyib. Ərdoğan deyib: “Paşinyanla Praqada görüşə bilərik”.
Ərdoğan İrəvanı barışıq şansından yaxşı istifadə eləməyə çağırıb.
Prezident Ərdoğan bundan əvvəl də çıxışlarında oktyabrın əvvəlində Polşanın paytaxtında keçiriləcək Avropa Siyasi İcmalarının sammitində Paşinyanla görüşə biləcəyini açıqlamışdı.
Hürr Tərcüman