📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan Paşinyanla telefon danışığı aparıb

2024-06-19 09:06:16

Ərdoğan Paşinyanla telefon danışığı aparıb

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

Hurriyyet.az xəbər verir ki, bu barədə Türkiyə Prezident Administrasiyası "X" səhifəsində paylaşım edib.

Bildirilib ki, danışıq zamanı tərəflər regionda baş verən hadisələri və beynəlxalq gündəmi müzakirə ediblər.

Onlar, həmçinin, iki ölkənin xüsusi nümayəndələri arasında danışıqların davam etdirilməsinin vacibliyini vurğulayıblar. 

qafqazinfo.az