📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan: “PUA-larımızla Azərbaycanda, Qarabağda varıq” - VİDEO

2021-11-06 00:01:00

Ərdoğan: “PUA-larımızla Azərbaycanda, Qarabağda varıq” - VİDEO

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulun Ümraniyyə rayonundakı Milli Parkın açılış mərasiminə qatılıb.

 

Tədbirdə çıxış edən dövlət başçısı ölkəsinin xarici siyasətdəki uğurlarını dilə gətirib. O, Türkiyənin öz PUA-ları ilə Azərbaycanda, xüsusilə də Qarabağda mövcudluğunu diqqətə çatdırıb.

 

“Diplomatiyadan tutmuş hərbi sahədəki uğurlaradək bir çox sahələrdə Türkiyənin nüfuzunu, gücünü dost və düşmənlərə qəbul etdirdik. PUA-larımızla artıq hər yerdə varıq. Liviya varıq, Azərbaycanda varıq, Qarabağda varıq”, -deyə Ərdoğan bəyan edib.

 

O, həmçinin Suriyada terrorçularla mübarizəni davam etdirəcəklərini də bildirib.

00:00

00:00

Mənbə: “Anadolu”