Ərdoğan: “Putin Bayraktarla əməkdaşlıq eləmək istəyir”
2022-07-27 08:00:00
Hurriyyet.az CNN Türk kanalına istinadla xəbər verir ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan dünən hakim AKP partiyasının iclasındakı çıxışı zamanı Rusiya ilə Birləşmiş Ərəb Əmirliklərinin “Bayraktar” və “Akıncı” dronlarını istehsal edən “Baykar” şirkəti ilə əməkdaşlıq eləmək istədiklərini söyləyib.
Ərdoğan deyib: “Putin “Baykar” şirkəti ilə əməkdaşlıq eləmək istədiyini mənə söylədi”.
Ərdoğan BƏƏ-nin öz ərazisində Türkiyə dronlarını istehsal eləyən zavod tikməyi təklif elədiyini də bildirib.
Hürr Tərcüman
