📞 Təklif və şikayət: 077 333 22 85 / 077 366 22 00

Ərdoğan: “Putin mülayimləşib”

2022-10-21 15:02:00

Ərdoğan: “Putin mülayimləşib”

 

Azərbaycana işgüzar səfərdən qayıdarkən jurnalistlərin suallarını cavablandıran Ərdoğan yaxın günlərdə Rusiya prezidenti Vladimir Putin və Ukrayna prezidenti Vladimir Zelenski ilə telefon diplomatiyası quracağını bildirib. Ərdoğan, “Mən gördüm ki, cənab Putin indi keçmişə nisbətən çox daha yumşaq və danışıqlara açıqdır. Önümüzdəki günlərdə edəcəyimiz telefon diplomatiyası ilə bunların nə qədər irəliləyəcəyini hər iki lideri dinləyərək görəcəyik. Dünən Zelenski ilə görüşümdə hiss etdim ki,  o da danışıqlar tərəfdarıdır. Biz ümidsiz deyilik. Ümid edirik ki, iki lideri bir araya gətirərək sülh yolunda davam edəcəyik. Çünki hər iki tərəfin ciddi itkiləri var. İnanıram ki, sülh zamanı uduzan olmayacaq”.

Hürr Tərcüman