Ərdoğan Putin və Zelenski ilə danışacaq
2022-11-01 18:13:00
Hurriyyet.az NTV telekanalına istinadla xəbər verir ki, Türkiyə Prezidenti R.T.Ərdoğan rusiyalı həmkarı Vladimir Putin ilə telefon danışıqları aparmağı planlaşdırıb. Bu barədə açıqlamanı Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu verib.
Onun sözlərinə görə, Türkiyə Prezidenti R.T.Ərdoğan ukraynalı həmkarı Vladimir Zelenski ilə də telefonla danışmaq niyyətindədir. Tərəflərin “taxıl müqaviləsi”ni müzakirə edəcəyi gözlənilir.
Çavuşoğlu deyib: “Prezident Ərdoğan yaxın günlərində Putin və Zelenski ilə danışıqlar aparacaq”.
Hürr Tərcüman