“Ərdoğan Putini razılaşmaları yerinə yetirməyə təşviq edəcək təsir imkanlarına malikdir”
Hurriyyet.az “Ukrainskaya Pravda” nəşrinə istinadla xəbər verir ki, Ukraynanın Türkiyədəki səfiri Vasiliy Bondar “RBK Ukrayna” nəşrinə müsahibəsində Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Rusiya Prezidenti Vladimir Putin üzərində təsiri olduğunu, onu “müəyyən razılaşmaları” yerinə yetirməyə təşviq edə bildiyini söyləyib.
Diplomat deyib: “Deyə bilərik ki, Ərdoğan müəyyən şəkildə Putinə təsir göstərir və onu müəyyən razılaşmaları yerinə yetirməyə “məcbur edir” deməzdim, amma təşviq eləmək üçün rıçaqlara malikdir”.
Səfir Bondar taxıl dəhlizi barəsində razılaşmanı nəzərdə tutaraq deyib ki, “Avropa liderlərindən heç biri Ərdoğanın nail olduğuna nail ola bilməyib”.
“Buna görə də konkret istiqamətlər, o cümlədən taxıl dəhlizi məsələsi üzrə bütün vasitəçilik, yaxud da asanlaşdırıcı səyləri və danışıqları və təmas nöqtəsi tapmaq üçün digər səylər – bunların hamısı fəal türk diplomatiyasının sayəsində mümkün olur”.
Səfir bununla yanaşı onu da qeyd edib ki, Türkiyə ilk növbədə öz maraqlarını qoruyur və “onları bacardığı formada reallaşdırır”.
Səfir etiraf edib ki, Türkiyə müharibənin başlanandan bəri Ukraynaya kömək eləmək və müəyyən şəkildə Rusiyanı sülhə çəkmək üçün maksimal səy göstərən azsaylı dövlətlərdəndir.
Hürr Tərcüman